KİV: Böyük Britaniya İŞİD-in Suriyadakı mövqelərinə ilk hava zərbələrini endirib

Digər ölkələr
  • 03 dekabr, 2015
  • 05:37
KİV: Böyük Britaniya İŞİD-in Suriyadakı mövqelərinə ilk hava zərbələrini endirib

Bakı. 3 dekabr. REPORT.AZ/ Birləşmiş Britaniya İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərinə ilk dəfə hava zərbələri endirib. "Report" xəbər verir ki, bu barədə məlumatı Britaniya hökumətindəki mənbəsinə istinadən "Reuters" yayıb.

Əməliyyatın detalları barədə məlumat verilmir.

Xatırladaq ki, bir müddət əvvəl Britaniya parlamenti krallığın hərbi hava qüvvələrinin İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirilməsinin lehinə səs vermişdi.