Kanadada meşə yanğınlarında 13 milyon hektar ərazi yanıb

Digər ölkələr
  • 01 avqust, 2023
  • 20:15
Kanadada meşə yanğınlarında 13 milyon hektar ərazi yanıb

Kanadada 1 025 meşə yanğını qeydə alıb, yanan ərazilərin sahəsi 13 milyon hektara çatıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanada İdarələrarası Meşə Yanğınları Mərkəzi məlumat yayıb.

İyulun sonuna meşə yanğınlarının sayı 991 olub. Hazırda 1 025 ocaqdan 646-sı hələ də nəzarətə götürülməyib, 167-nin qarşısı alınıb, 212-si isə lokallaşdırılıb. Ən çox meşə yanğınları Britaniya Kolumbiyası əyalətində qeydə alınıb.

Bundan əvvəl təbii fəlakətlə mübarizə zamanı iki yanğınsöndürən həlak olub.