Kallas: Kənd təsərrüfatı məhsullarının ixracındakı maneələr Ukraynaya gündə 60 milyon avro zərər vurur
- 20 oktyabr, 2026
- 13:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı mövcud problemlər səbəbindən hər gün 60 milyon avro itirir.
"Report" xəbər verir ki, bu barədə bu gün Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.
"Hesablamalara görə, Ukrayna hər gün təxminən 60 milyon avro ixrac gəliri (kənd təsərrüfatı məhsullarının ixracındakı problemlərə görə - qeyd.) itirir. Ukrayna dünyanın ən mühüm kənd təsərrüfatı məhsulları ixracatçılarından biridir. Qlobal qarğıdalı ixracının 15 %-i, buğdanın 10 %-i, arpanın 15-20 %-i və günəbaxan yağının 50 %-i onun payına düşür. Bu malların təxminən 90 %-i Qara dəniz dəhlizi ilə daşınır. Bu, Ukrayna taxılının beynəlxalq bazarlara çatdırılması üçün ən mühüm marşrutdur", - o qeyd edib.
O bildirib ki, Rusiya iyulun ortalarından etibarən Ukraynanın ixrac marşrutlarına, o cümlədən dəniz yollarına hücumları gücləndirib.