İsrailin rabitə naziri: "Əl-Cəzirə" HƏMAS-ı təbliğ etdiyi üçün ölkədə bağlanmalıdır"

Digər ölkələr
  • 15 oktyabr, 2023
  • 07:43
İsrailin rabitə naziri: Əl-Cəzirə HƏMAS-ı təbliğ etdiyi üçün ölkədə bağlanmalıdır

HƏMAS-ın təbliğatını apardığı üçün "Əl-Cəzirə"nin İsraildəki bürosu bağlanmalıdır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin rabitə naziri Şlomo Karhi bildirib.

Karhi Qətər televiziyasını HƏMAS-ı dəstəkləməkdə və İsrail əsgərlərini Qəzza zolağından potensial hücumlara məruz qoymaqda günahlandıraraq, hökumətdən "Əl-Cəzirə"nin yəhudi dövlətindəki bürosunun bağlanmasını istəyib.

Onun sözlərinə görə, "Əl-Cəzirə" HƏMAS-ın təhrik və təbliğatını yaymaq üçün kanaldır.

44 - Tezliklə