İsrailin daimi nümayəndəsi: “BMT Yaxın Şərq qətnaməsindən sonra legitimliyini itirib”
- 27 oktyabr, 2023
- 22:46
Yeniliklərdən dərhal xəbərdar olun!
“Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Fələstinin HƏMAS hərəkatını pisləyən düzəlişi rədd edən Yaxın Şərq qətnaməsinin qəbulundan sonra BMT legitimliyini itirdi”.
"Report"un xarici mətbuata istinadən məlumatına görə, bu açıqlama ilə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan çıxış edib.
"Bu, tarixə rüsvayçılıq nümunəsi kimi düşəcək bir gündür. Biz hamımız müşahidə etmişik ki, BMT-nin zərrə qədər legitimliyi və ya aktuallığı qalmayıb. Təəssüf, indicə şahidi olduğumuz tamaşa şübhəsiz ki, BMT-nin vəhşiliklərin qarşısının alınmasına deyil, davam etdirilməsinə sadiqliyini sübut edir”, - Gilad Erdan deyib.
Qeyd edək ki, daha əvvəl BMT Baş Assambleyası Fələstin-İsrail münaqişəsi ilə bağlı İordaniyanın təqdim etdiyi qətnaməni qəbul edib. Sənədin lehinə 120 ölkə səs verib, 14 ölkə onun əleyhinə çıxıb, 45 ölkə isə bitərəf qalıb.