İsrail Qəzzadakı xəstəxananı boşaltmaq üçün bir saat vaxt verib

Digər ölkələr
  • 18 noyabr, 2023
  • 07:35
İsrail Qəzzadakı xəstəxananı boşaltmaq üçün bir saat vaxt verib

İsrail Qəzzadakı xəstəxananı boşaltmaq üçün bir saat vaxt verib.

"Report" xəbər verir ki, bu barədə Qəzzanın tibbi mənbələri bildirib.

Belə ki, onlar İsrail qüvvələrinin Qəzzadakı Əl-Şifa xəstəxanasındakı həkimlərə, xəstələrə və köçkünlərə xəstəxananı boşaltmaları üçün bir saat vaxt verdiyini bildiriblər.

Xatırladaq ki, İsrail ərazisinə HƏMAS tərəfindən raket hücumları oktyabrın 7-də Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı”nı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu bəyan edib. Əks-əməliyyat “Dəmir qılınclar” adlandırılıb.