İsrail Qəzzada "Nuxba" bölüyünün komandirini və HƏMAS snayperini zərərsizləşdirib

Digər ölkələr
  • 29 avqust, 2026
  • 21:53
İsrail Qəzzada Nuxba bölüyünün komandirini və HƏMAS snayperini zərərsizləşdirib

İsrail hərbçiləri Qəzza zolağında "Nuxba" bölüyünün komandirini və HƏMAS snayperini məhv ediblər.

"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

"İMQ Qəzza zolağında "Nuxba" bölüyünün komandiri Fəxri Məzlumu və HƏMAS-ın hərbi qanadının snayperi Həsən Deyrini məhv edib", - məlumatda bildirilib.

Qurumun məlumatına görə, Deyri və Məzlum HƏMAS yaraqlılarına silahların qanunsuz dövriyyəsində və tədarükündə iştirak ediblər və həmin ərazidəki İsrail hərbçiləri üçün birbaşa təhlükə təşkil edirdilər.