İspaniyada 200 minə yaxın insanın iştiakı ilə Fələstinə dəstək nümayişi keçirilib

Digər ölkələr
  • 05 oktyabr, 2025
  • 01:11
İspaniyada 200 minə yaxın insanın iştiakı ilə Fələstinə dəstək nümayişi keçirilib

Yüz minlərlə insan şənbə günü İspaniyada keçirilən Fələstin xalqına və Qəzza bölgəsinə humanitar missiyaya dəstək nümayişlərində iştirak edib.

"Report"un "EL PAÍS"ə istinadən məlumatına görə, etirazlar ölkənin 70-dən çox şəhərində keçirilib.

Qeyd olunur ki, təkcə Madriddə 92 min, Valensiyada 10 min nəfər küçələrə çıxıb, Barselonada isə 70 min etirazçı toplaşıb.

Nümayişçilər İsrail ordusunun Qəzza bölgəsindəki əməliyyatlarına və anklavın sakinlərinin kütləvi ölümünə etiraz edib, həmçinin humanitar yardım daşıyan "Sumud" flotiliyasına hücumu tənqid ediblər.

Madriddə Fələstinə dəstək yürüşünə müxtəlif siyasi xadimlər də qoşulub. Onların arasında səhiyyə naziri Monika Qarsiya da olub. O, İspaniya paytaxtının sakinlərinin cəzasızlığa, beynəlxalq hüququn və beynəlxalq ədalətin kobud pozulmasına "yox" deməsindən qürur duyduğunu ifadə edib.

Yürüşün əvvəlində "Podemos" partiyasının lideri İone Belarra, "Sumar" partiyasından Avropa Parlamentinin deputatı Estrella Qalan və "Sumar" hərəkatının koordinatoru Lara Ernandes İspaniya hökumətindən İsraillə əlaqələri kəsməyi və Qəzzaya humanitar yardım daşıyan flotilin saxlanılan ispan dənizçilərini azad etməyi yekdilliklə tələb ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti