ABŞ İranın Xarq adasındakı hərbi obyektlərə hücum edib - YENİLƏNİB
- 07 aprel, 2026
- 16:11
ABŞ-ın Xarq adasındakı hücumlarının hədəfi hərbi obyektlər olub.
"Report" xəbər verir ki, bu barədə "Fox News" yüksək vəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
"ABŞ gecə ərzində adadakı onlarla hərbi hədəfi vurub", - o bildirib.
"Fox News"un məlumatına görə, ABŞ-nin adaya hücum üçün quru qoşunlarını cəlb etməsi barədə məlumat daxil olmayıb.
İranın Xarq adasına bir neçə zərbə endirilib, partlayışlar baş verib.
"Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ada İranın əsas neft ixracı mərkəzidir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.