İtaliyada koronavirus qurbanlarının sayı 13 mini ötdü
Digər ölkələr
- 01 aprel, 2020
- 16:22
İtaliyada son sutkada daha 727 nəfər koronavirusdan ölüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 13 155-ə çatıb.
Bundan başqa, ölkədə 4 782 yeni yoluxma faktı qeydə alınıb. Beləliklə, infeksiya daşıyıcılarının rəsmi sayı 110 574 nəfərə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 894 000-i ötüb. Bunların 189 470 nəfəri sağalıb, 45 050 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Son xəbərlər
21:03
UEFA Çempionlar Liqası: "Sabah" İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhənglərinə rəqib olub - YENİLƏNİR
Futbol21:02
Foto
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyununda ilk hissə başa çatıb - YENİLƏNİB
Futbol20:43
Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev Avropa çempionatının ən yaxşı kişi idmançısı seçilib
Fərdi20:39
Ərdoğan Ruanda ilə KDR arasında gərginliyin azaldılması səylərini dəstəkləyir
Region20:33
Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionatında birinci oldu"
Fərdi20:17
Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib
Elm və təhsil20:10
İsveç HHM-in gücləndirilməsi üçün Ukraynaya növbəti yardım paketi ayıracaq
Digər ölkələr20:04
Foto
Video
Bərdədə yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb – YENİLƏNİB
Hadisə19:53