İsrail tankı HƏMAS-ın Qəzza zolağındakı mövqeyinə zərbə endirib
Digər ölkələr
- 25 yanvar, 2017
- 01:56
Bakı. 25 yanvar. REPORT.AZ/ İsrail tankı Fələstin anklavası ilə dənizkənarı sərhəd ərazisində yəhudi hərbçilərə açılan atəşə cavab olaraq HƏMAS hərəkatının Qəzza zolağındakı postuna zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Qəzza zolağı ilə sərhəd yaxınlığında mühafizə xidməti həyata keçirən İsrail hərbçiləri tərəfə atəş açılıb, buna cavab olaraq İsrail tankı Qəzza zolağının cənub hissəsində HƏMAS-ın postuna zərbə endirib", - deyə məlumatda bildirilir.
Bundan əvvəlki dəfə İsrail tankları yanvarın 15-də HƏMAS-ın Qəzza zolağındakı mövqelərini atəşə tutmuşdular. Həmin zaman da Fələstin anklavası ilə sərhəd ərazisində hərbçilərə açılan atəşə cavab olaraq zərbə endirilmişdi.
Son xəbərlər
11:15
Foto
Goranboyda qəzada xəsarət alan 8 nəfərdən ikisi evə buraxılıb - YENİLƏNİB - 2
Hadisə11:10
Naxçıvanda I Kardiologiya Forumu keçirilir
Sağlamlıq11:05
Foto
"Qarpız" yükündə 31 kiloqramdan artıq narkotik vasitə aşkar edilib
Biznes11:04
Azərbaycan-İtaliya tərəfdaşlığı Avrasiyanın yeni etimad xəttinə çevrilir - RƏY
Xarici siyasət10:59
"Naxçıvanbank"dakı vəsaitlərin geri qaytarılmasının əlçatanlığı artırılır
Maliyyə10:58
Koşta: Aİ Ermənistanla münasibətlərin dərinləşdirilməsinə hədəflənib
Region10:57
Foto
NDU nəzdində Beynəlxalq Kembric Məktəbində "Mədəniyyət Festivalı" keçirilib
Elm və təhsil10:57
Leandro Andrade "Qarabağ"da 60-cı qolunu vurub
Futbol10:56