İspaniyada leysan yağışları nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
Digər ölkələr
- 13 sentyabr, 2019
- 20:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın cənub-şərqində leysan yağışları nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "La Vanguardia" qəzeti ölkənin Mülki Qvardiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilir ki, Benferi bələdiyyəsində (muxtar Valensiya birliyinin) cəsəd aşkarlanıb. Ölən şəxs 58 yaşlı kişidir. O, Redovan bələdiyyəsinin sakini imiş. Güman edilir ki, həmin şəxs su axınında həlak olub.
Daha əvvəl bildirilirdi ki, Əndəlüs muxtar bölgəsində leysan yağışları nəticəsində azı 2 nəfər ölüb. Əlverişsiz havalarla bağlı məktəblərdə dərslər təxirə salınıb.
Leysan yağışlar səbəbindən bəzi yollar bağlanıb, daşqınlar baş verib, dəmir yollarının fəaliyyətində fasilələr yaranıb.
Son xəbərlər
10:54
Ani Ödənişlər Sisteminin əhatə dairəsi genişləndiriləcək
Maliyyə
10:50
"LANDAU Lions"un baş məşqçisi Erhan Toker: "Prievidza"ya qarşı yaxşı oyun göstərməyə çalışacağıq"
Komanda
10:50
"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun dəyişdiriləcək
Maliyyə
10:49
Mavrikidə kütləvi iğtişaşlardan sonra məktəblər bağlanıb
Digər ölkələr
10:47
Foto
İstanbulda qolf üzrə ənənəvi "Zəfər Turniri 2026" keçirilib
Fərdi
10:44
Foto
Səhiyyə Nazirliyində "Vətəndaş qəbulu" tam rəqəmsallaşıb
Sağlamlıq
10:44
Foto
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Xarici siyasət
10:44
"Ziraat Bank Azərbaycan"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Maliyyə
10:42
ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək
Maliyyə