İraq hərbçiləri 80 İŞİD yaraqlısını məhv edib
Digər ölkələr
- 28 may, 2016
- 10:31
Bakı. 28 may. REPORT.AZ/ İraq ordusunun hərbçiləri əl-Fəlluca şəhərinin qərbində yerləşən əl-Haldiya rayonuna hücum zamanı İŞİD terror qruplaşmasının azı 80 üzvünü məhv edib.
"Report" xəbər verir ki, bu barədə "Almada Press" agentliyi yerli məmura istinadən məlumat yayıb.
Qeyd edək ki, İraq Silahlı Qüvvələri 2014-cü ildə İŞİD tərəfindən işğal edilmiş əl-Fəllucanı azad etmək üçün bazar ertəsindən əməliyyata başlayıb.
Əl-Haldiya şura başçısı Əli Daudun agentliyə bildirdiyinə görə, hərbçilər buradan hücuma keçməklə əl-Fəllucanın şimal-qərb bölgəsinə çıxış əldə etmək istəyir.
Onun sözlərinə görə, əməliyyat zamanı terrorçularla yanaşı, onların istifadə etdiyi gizli tunellər də aşkarlanaraq məhv edilib.
Son xəbərlər
08:38
Media: ABŞ - Kanada danışıqlarının dayandırılmasında kimin israr etdiyi məlum olub
Digər ölkələr08:20
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:13
Türkiyədə sərnişin avtobusu ilə yanacaq maşını toqquşub, onlarla insan xəsarət alıb
Region07:48
Venesuelada zəlzələ qurbanlarının sayı artıb
Digər ölkələr07:21
Hillari Klinton: ABŞ silah çatışmazlığı səbəbindən çətin vəziyyətdədir
Digər ölkələr06:55
Ağdamda 57 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə kürəkəni şübhəli bilinir
Hadisə06:41
Şeynbaum Vaşinqtonla ticarət sazişinin mümkünlüyünü açıqlayıb
Digər ölkələr06:11
Britaniyanın Baş naziri ABŞ-də Trampla Ukraynaya yardım məsələsini müzakirə edəcək
Digər ölkələr05:29