Fransa qırıcıları İŞİD mövqelərini bombalayıb

Digər ölkələr
  • 15 noyabr, 2015
  • 22:42
Fransa qırıcıları İŞİD mövqelərini bombalayıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Fransaya məxsus qırıcı təyyarələr İraq Şam İslam Dövləti (İŞİD) terrorçu təşkilatının Rakkadakı mövqelərini bombalayıb.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, Fransa Müdafiə Nazirliyinə aid 10 qırıcı təyyarə İŞİD-in qalası sayılan Rakkadakı hədəflərə 20-yə yaxın hava zərbəsi endirib.

Xatırladaq ki, noyabrın 13-də Parisdə eyni zamanda törədilən bir neçə terror aktı nəticəsində 132 nəfər həlak olub. İŞİD terror aktlarının məsuliyyətini öz üzərinə götürüb.