Filippində baş verən zəlzələdə ölənlərin sayı 37 nəfərə çatıb

Digər ölkələr
  • 09 iyun, 2026
  • 05:44
Filippində baş verən zəlzələdə ölənlərin sayı 37 nəfərə çatıb

Filippinin cənubunda baş vermiş 7,8 maqnitudalı dağıdıcı zəlzələ qurbanlarının sayı 32-dən 37-yə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə yerli "GMA News" telekanalı məlumat yayıb.

Ölkənin Mülki Müdafiə İdarəsinin məlumatına görə, ümumilikdə 456 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, daha dörd nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Yerli hakimiyyət nümayəndələri bildirirlər ki, Mindanao adasında təhsil müəssisələri, tibb obyektləri və yaşayış binaları da daxil olmaqla, təqribən 1,9 min tikiliyə ziyan dəyib. Təbii fəlakət nəticəsində onların təxminən 1,5 mini tamamilə dağılıb. Heneral-Santos şəhərindəki beynəlxalq hava limanı da yeraltı təkanlardan zərər çəkib ki, bu da aviareyslərin ləğvinə səbəb olub.

Filippin Mülki Aviasiya İdarəsi xilasetmə əməliyyatlarının aparılması və fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə hərbi, hökumət və humanitar hava gəmilərinə hava limanından istifadə etməyə icazə verib. Heneral-Santosda fövqəladə vəziyyət rejimi tətbiq edilib.