Əfqanıstanda yaşayış binasının damının uçması nəticəsində 6 nəfər ölüb

Digər ölkələr
  • 17 oktyabr, 2021
  • 18:23
Əfqanıstanda yaşayış binasının damının uçması nəticəsində 6 nəfər ölüb

Əfqanıstanın şərqində yerləşən Nəngərhar əyalətində yaşayış binasının damının uçması nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Tolo News” telekanalı yerli sakinlərə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ölənlər arasında uşaqlar da var. Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.

44 - Tezliklə