Əfqanıstanda polis aksiya iştirakçılarını atəşə tutub, 6 nəfər ölüb

Digər ölkələr
  • 09 may, 2020
  • 12:48
Əfqanıstanda polis aksiya iştirakçılarını atəşə tutub, 6 nəfər ölüb

Əfqanıstanın Qor əyalətində polislə etiraz nümayişi iştirakçıları arasında baş verən toqquşma nəticəsində azı 4 dinc aksiya iştirakçısı ölüb.

“Report” “Tolo News”a istinadən xəbər verir ki, mayın 9-da etirazçılar pandemiya zamanı ərzaq yardımının ədalətsiz paylanmasına etiraz ediblər.

Bildirilib ki, Əfqanıstan hökuməti bu günlərdə əhalinin sosial cəhətdən yoxsul təbəqəsinə çörək paylamağa başlayıb. Əyalət sakinləri COVID-19 böhranı zamanı hökuməti onları yetərincə dəstəkləməməkdə ittiham edib. Etiraz aksiyası iştirakçılarına polis odlu silahdan atəş açıb.

“Qor əyalətinin Firuzkuh şəhərində yemək paylanarkən 4 həmvətənimizin ölümündən şoka düşmüşəm. Həmvətənlərimizi əmin etmək istəyirəm ki, koronavirusdan iqtisadi planda əziyyət çəkənləri dəstəkləyəcəyik”, - deyə Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehi bildirib.

Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Tarik Arianın sözlərinə görə, toqquşm nəticəsində 2 polis əməkdaşı ölüb, 10-u yaralanıb.

44 - Tezliklə