Əfqanıstan DİN: "Taliban" silahlıları Kabilə daxil olub

Digər ölkələr
  • 15 avqust, 2021
  • 07:44
Əfqanıstan DİN: Taliban silahlıları Kabilə daxil olub

Əfqanıstanın Daxili İşlər Nazirliyi "Taliban" hərəkatı silahlılarının ölkənin paytaxtı Kabilə daxil olduğunu bəyan edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Agentlik hücumun təfərrüatlarını açıqlamayıb.

"RİA Novosti" agentliyi isə silahlıların paytaxtın qərbindəki Kabil universitetinə nəzarəti ələ keçirdiyini xəbər verib. Qeyd edilir ki, Kabilin rayonlarından birində "Taliban"ın bayrağı ucaldılıb. Qeyd edilir ki, "Taliban" rəhbərliyi şəhərə dinc yolla daxil olmaq üçün hakimiyuyət orqanları ilə danışıqlar aparır.

Qeyd edək ki, Kabil ölkə hökumətinin nəzarət etdiyi sonuncu böyük şəhərdir.

44 - Tezliklə