Dünyada 3,7 milyon qaçqın uşaq təhsil almaqdan məhrumdur

Digər ölkələr
  • 15 sentyabr, 2016
  • 07:41
Dünyada 3,7 milyon qaçqın uşaq təhsil almaqdan məhrumdur

Bakı.15 sentyabr. REPORT.AZ/ Dünyada 6 milyon məcburi köçkün uşağın 3,7 milyonu təhsil almaqdan məhrumdur.

"Report" TASS-a istinadən xəbər verir ki, bu məlumat BMT-nin Qaçqınların işi üzrə Ali Komissarının İdarəsinin yaydığı hesabatda vurğulanıb.

Hesabata görə, məcburi qaçqın uşaqların 1,75 milyonu ibtidai sinfə, 1,95 milyonu isə orta məktəbə getmir: "Qaçqınların təhsildən kənar qalması riski dünya üzrə orta göstəricidən 5 dəfə atıqdır".

İnformasiyaya əsasən, 2015-ci ilin sonunda dünya üzrə 65,3 milyon məcburi köçkün qeydə alınıb və qaçqın uşaqların yarısının təhsil almaq imkanı yoxdur.