Dövlət Departamentinin saytı Trampın səlahiyyətlərinin bitdiyini qeyd edib
Digər ölkələr
- 11 yanvar, 2021
- 23:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bazar ertəsi ABŞ Dövlət Departamentinin rəsmi saytında Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın dövlət başçısı səlahiyyətlərinin başa çatdığı qeyd olunub.
“Report” xəbər verir ki, saytda Trampın daha ABŞ prezidenti olmadığı yazılıb.
"Donald Trampın səlahiyyət müddəti 11 yanvar 2021-ci il saat 19:48:42-də başa çatdı", - xəbərdə qeyd edilir.
Ağ Evdə buna heç bir şərh verilməyib.
İstifadəçilər güman edirlər ki, xəbər haker hücumundan və ya saytın parolunun qırlmasından sonra yazılıb. Qeyd edək ki, bundan bir qədər sonra ABŞ Dövlət Departamentinin rəsmi saytına giriş mümkün olmayıb.
ABŞ-ın yeni prezidenti Co Baydenin inauqurasiyası yanvarın 20-də olacaq.
Son xəbərlər
00:40
Türkiyədə 18 qanunsuz miqrant saxlanılıb
Region
00:11
Kiyev ardıcıl iki gün həyəcan siqnalı olmadan S-400-lərin zərbələrinə məruz qalıb
Digər ölkələr
23:55
Türkiyədə 80 nəfər qidadan zəhərlənib
Region
23:37
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Digər ölkələr
23:23
UKMTO: Hörmüz boğazında tanker hücuma məruz qalıb – YENİLƏNİB
Region
23:22
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Slaviya" ilə oyunda möhtəşəm nəticəyə imza atdıq"
Futbol
23:09
"Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovski: "Sabah"la oyunda mənasız qollar buraxdıq"
Futbol
23:04
FIBA Avropa Kuboku: "LANDAU Lions" Slovakiya klubuna məğlub olub
Komanda
22:48
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
Futbol