Donald Trampın vəzifəyə təyin etdiyi daha bir məmur istefa verib

Digər ölkələr
  • 06 iyul, 2018
  • 06:12
Donald Trampın vəzifəyə təyin etdiyi daha bir məmur istefa verib
ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin direktoru Skott Pruitt
SAUL LOEB/AFP/Getty Images

Bakı. 6 iyul. REPORT.AZ/ ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin direktoru Skott Pruitt istefa verib.

“Report” CNNTurk-ə istinadən xəbər verir ki, o, bu vəzifəyə Donald Tramp prezidentliyi dövründə təyin olunmuşdu. 

ABŞ prezidenti onun istefasını qəbul edib.

Məlumata görə, son zamanlar ciddi tənqid olunan S.Pruitt barəsində korrupsiya iddiaları irəli sürülüb. 

44 - Tezliklə