Azərbaycan sığortaçılarının investisiya portfelinin dəyəri 1 milyard manatı keçib

Maliyyə
  • 13 oktyabr, 2026
  • 17:55
Azərbaycan sığortaçılarının investisiya portfelinin dəyəri 1 milyard manatı keçib

Bu il iyulun 1-nə Azərbaycandakı sığorta şirkətlərinin investisiya portfelinin dəyəri ötən ilin sonu ilə müqayisədə 9,7 % və yaxud 140 milyon manat çox - 1 milyard 1,6 milyon manat olub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, Maliyyə Nazirliyinin dövlət qiymətli kağızlarının yeni emissiyasının azalması sığortaçıların bank depozitlərinin artımı ilə nəticələnib.

Ümumilikdə, həyat sığorta şirkətlərinin aktivlərinin 76 %-ni, qeyri-həyat sığorta şirkətlərinin aktivlərinin isə 64 %-ni investisiya portfeli təşkil edir.

Sığorta şirkətlərinin investisiya aktivləri əsasən dövlət və korporativ qiymətli kağızlardan və bank depozitlərindən ibarətdir.

Sektorun durasiya göstəricisində artım müşahidə olunur. Sığortaçıların faiz dərəcəsi riskləri üzrə həssaslığı durasiya metodu ilə qiymətləndirilib. Sığorta şirkətlərinin aktiv və öhdəlikləri balans dəyəri ilə əks etdirildiyinə görə hesablamalar balans dəyəri üzərindən aparılmış və Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə diskontlaşdırılıb. Nəticədə, sığorta sektoru üzə müsbət durasiya "qəp"-i müşahidə olunur ki, bu da sığorta şirkətlərinin məcmu kapitalının faiz dərəcələrinin artımına həssaslığını şərtləndirib. Dövr ərzində aktivlərin durasiyasının artması sektorun durasiya "qəp"-in artımının əsas drayveri olub.

44 filmi