Donald Tramp: "ABŞ ordusunun Suriyada qalıb-qalmaması barədə qərar tezliklə elan ediləcək"

Digər ölkələr
  • 18 sentyabr, 2018
  • 20:22
Donald Tramp: ABŞ ordusunun Suriyada qalıb-qalmaması barədə qərar tezliklə elan ediləcək

Bakı. 19 sentyabr. REPORT.AZ/ ABŞ yaxın vaxtlarda öz ordusunun Suriyada qalıb-qalmayacağına dair qərar qəbul edəcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Amerika lideri Polşa prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında İŞİD-in zərərsizləşdirilməsi ilə bağlı böyük işlərin görüldüyünü bildirib. Tramp həmçinin ABŞ-ın bu işi başa çatdırmağı yekunlaşdırmaq üzrə olduğunu vurğulayıb.

"Biz çox böyük ərazidə İŞİD-i zərərsizləşdirdik. O insanlar bura gəlməyəcək. Çünki onlar daha yoxdur. Və biz bu işi çox qısa müddət ərzində gördük", - deyə ABŞ prezidenti bildirib.

"Biz güclü iş görmüşük. Və biz bu işləri bitirmək haqqında çox tezliklə qərar verəcəyik, - deyə Ağ Ev rəhbəri vəd verib.