Dominikanda qasırğa səbəbindən 1,2 milyondan çox sakin susuz qalıb

Digər ölkələr
  • 27 oktyabr, 2025
  • 07:42
Dominikanda qasırğa səbəbindən 1,2 milyondan çox sakin susuz qalıb

Dominikan Respublikasında ən azı 1,27 milyon insan Melissa qasırğasının səbəb olduğu su sistemindəki nasazlıqlar səbəbindən şirin sudan məhrumdur.

"Report"un məlumatına görə, bu barədə "Prensa Latina" ölkənin Fövqəladə İdarəetmə Mərkəzinə istinadən xəbər yayıb.

Qasırğa 63 su təchizatı sisteminə ziyan vurub. Mərkəzin direktoru Xuan Manuel Mendez qasırğa nəticəsində 260-dan çox evin zərər gördüyünü, təxminən 1400 nəfərin evsiz qaldığını bildirib.

Qasırğa həmçinin güclü külək, yağış və dalğalara, ağacların aşmasına və torpaq sürüşməsinə səbəb olub.

Kuba Meteorologiya İnstitutunun (Insmet) öz saytında dərc etdiyi məlumata görə, qasırğa Yamaykanın cənubundakı ərazidə son 12 saat ərzində tədricən güclənir və onun ərazisinə yaxınlaşır.

Ada dövlətinin hakimiyyət orqanları paytaxt Kinqston da daxil olmaqla bir neçə bölgənin boşaldıldığını elan edib.

Qeyd edək ki, Atlantik okeanında formalaşan "Melissa" qasırğası "Saffir–Simpson" şkalası üzrə mümkün beş kateqoriyadan dördüncüsünə qədər güclənib.

Son xəbərlər

Bütün Xəbər Lenti