Danimarka 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyi planlaşdırır

Digər ölkələr
  • 07 noyabr, 2025
  • 23:25
Danimarka 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyi planlaşdırır

Danimarka hökuməti 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etmək planlarını açıqlayıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentlik rəqəmsal texnologiyalar naziri Karolin Steyj Olsenin sözlərini sitat gətirib: "Sosial media uşaqlarımızın vaxtını, uşaqlığını və rifahını oğurlamaqla inkişaf edir və biz buna indi son qoyacağıq".

Hökumət valideynlərin 13 yaşdan kiçik uşaqların müəyyən platformalara daxil olmasına icazə verə biləcəyini açıqlayıb. Qadağa baş nazir Mette Frederiksenin uşaqların əqli sağlamlığı ilə bağlı narahatlıqlar səbəbindən məhdudiyyətlər çağırışından sonra gündəmə gəlib.

Danimarka hökumətinin məlumatına görə, gənclər arasında ən populyar sosial şəbəkələr "Snapchat", "YouTube", "Instagram" və "TikTok"dur.

Son xəbərlər

Bütün Xəbər Lenti