Çində "Meituan" və "Alibaba" şirkətlərinin bölmələri ilə bağlı araşdırma başlayıb
- 19 sentyabr, 2026
- 09:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Çin hakimiyyəti haqsız rəqabətə qarşı qanunvericiliyin pozulması şübhəsi ilə "Meituan" və "Alibaba" şirkətlərinin bölmələri, həmçinin "Tongcheng" və "Tujia" şirkətləri ilə bağlı araşdırmaya başlayıb.
"Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası CCTV məlumat yayıb.
"Meituan"a məxsus "Beijing Sankuai Information Technology" şirkəti barəsində araşdırmanı Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının Pekin idarəsi aparır.
CCTV-nin məlumatına görə, ilkin yoxlamadan sonra tənzimləyici həmçinin "Alibaba"nın bölməsi - "Hangzhou Taomei Aviation Services", eləcə də "Tongcheng Network Technology" və "Tujia Online Information Technology" (Tianjin) şirkətləri barəsində araşdırmalara başlayıb.
"Tongcheng və Tujia WeChat"dakı rəsmi hesablarında adi rejimdə işləməyə davam etdiklərini və hökumətlə əməkdaşlıq etdiklərini bildiriblər. "Meituan" da araşdırmaya kömək etməyə hazır olduğunu bəyan edib. Analoji bəyanatı "Hangzhou Taomei" də yayıb.