Çin malyariyaya qalib gəldi
Digər ölkələr
- 30 iyun, 2021
- 01:30
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çini malyariya xəstəliyinin olmadığı ölkə kimi tanıyıb.
“Report” xəbər verir ki, bu barədə qurumun baş direktoru Tedros Adanom Qebreyesus bəyan edib.
“Bu gün Çin xalqını təbrik edirik. Bu müvəffəqiyyət çox zəhmət bahasına, on illərlə məqsədyönlü və ardıcıl fəaliyyətin nəticəsində qazanılıb”-,deyə Tedros Adanom Qebreyesus bildirib.
Artıq Çin malyariya olmayan ölkə statusunu təsdiqləyən sertifikat alıb. Təşkilata görə, son 30 ildə Çin Qərbi Sakit Okean bölgəsində belə sertifikat alan ilk ölkə oldu.
İndiyədək ümumilikdə 40 ölkə ÜST-ün müvafiq sertifikatına sahib olub.
Son xəbərlər
16:51
BP 8 ölkədə yerləşən Günəş Enerjisi İnstitutu ilə birgə yeni proqrama başlayır
Energetika16:47
Şamaxı və Şahdağa dolu düşüb - YENİLƏNİB-2
Ekologiya16:47
Aİ Qrenlandiyaya 200 milyon avro dəyərində investisiya paketi elan edib
Digər ölkələr16:44
Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur
İnfrastruktur16:44
"Arsenal" və "Mançester Siti" Vilyan Paçonun transferini nəzərdən keçirirlər
Futbol16:38
AMB rəsmisi: "Bankların davamlı maliyyələşmədə əsas problemi investor tələbatıdır"
Maliyyə16:37
Anar Məmmədli 13 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə16:34
Bilik Gününə özəl hədiyyə: "InvestAZ" Universal Treyder kursunu ödənişsiz təqdim edir
Maliyyə16:30