Bilik Gününə özəl hədiyyə: "InvestAZ" Universal Treyder kursunu ödənişsiz təqdim edir

Maliyyə
  • 07 sentyabr, 2026
  • 16:34
Bilik Gününə özəl hədiyyə: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir

Bilik Günü münasibətilə "InvestAZ" investisiya şirkəti xüsusi kampaniya həyata keçirir. Şirkət Universal Treyder kursunu tamamilə ödənişsiz əldə etmək imkanı təqdim edir.

Kampaniyadan yararlanmaq istəyən şəxslər 15 sentyabr tarixinədək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən iştirakçılar kursda iştiraklarını təsdiqləmək üçün 14, 15 və 16 sentyabr tarixlərində şəxsiyyəti təsdiq edən sənədlə InvestAZ-ın ofisinə yaxınlaşmalıdırlar. Müəyyən olunmuş tarixlərdə iştirakını təsdiqləməyən şəxslərin qeydiyyatı ləğv ediləcək.

İştirakçılar kursa həm onlayn, həm də oflayn formatda qoşula bilərlər.

"InvestAZ" bu kampaniya ilə maliyyə bazarları və investisiya sahəsinə maraq göstərən şəxslərə yeni biliklər əldə etmək və treydinq üzrə bacarıqlarını inkişaf etdirmək üçün əlavə imkan yaratmağı hədəfləyir.