"Arsenal" və "Mançester Siti" Vilyan Paçonun transferini nəzərdən keçirirlər

Futbol
  • 07 sentyabr, 2026
  • 16:44
Arsenal və Mançester Siti Vilyan Paçonun transferini nəzərdən keçirirlər

İngiltərənin "Arsenal" və "Mançester Siti" klubları Fransa təmsilçisi PSJ-nin futbolçusu Vilyan Paçonun transferini ciddi şəkildə nəzərdən keçirirlər.

"Report" "CaughtOffside" nəşrinə istinadən xəbər verir ki, Britaniya nəhənglərinin skautları artıq 24 yaşlı müdafiəçinin performansı haqqında ətraflı hesabat hazırlayıblar.

Onlar ekvadorlu oyunçunun "Lill"lə (2:2) matçdakı çıxışını izləyiblər.

Xatırladaq ki, Vilyan Paçonun Paris klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədədir.

44 - Tezliklə