​Çilidə "Zika" virusuna ilk yoluxma faktı qeydə alınıb

Digər ölkələr
  • 02 fevral, 2016
  • 20:51
​Çilidə Zika virusuna ilk yoluxma faktı qeydə alınıb

Bakı. 3 fevral. REPORT.AZ/ Çilidə "Zika" virusuna ilk yoluxma faktı öz təsdiqini tapıb.

"Report" xəbər verir ki, bu barədə yerli televiziyaya istinadən "Reuters" məlumat yayıb.

Qeyd edilir ki, virus Kolumbiyaya səyahət edən kişidə aşkar olunub.

Ümumdünya Səhiyyə Təşkilatı "Zika" virusu ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət elan edib.