Cenevrədə Lavrov və Kerrinin görüşü keçirilir

Digər ölkələr
  • 09 sentyabr, 2016
  • 08:01
Cenevrədə Lavrov və Kerrinin görüşü keçirilir

Bakı. 9 sentyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Jenevrədə danışıqlara başlayıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, görüş "Prezident Uilson" hotelində keçirilir. 

Görüşün əsas mövzusu - Suriyadakı vəziyyətdir, tərəflər terrorçularla mübarizədə birgə koordinasiyanı müzakirə edəcəklər. 

Həmçinin Ukraynadakı vəziyyət, ikitərəfli gündəlik məsələlər müzakirə olunacaq.