ABŞ-da qırıcılar Trampın qolf klubu üzərində təyyarələri ələ keçirib
- 09 avqust, 2026
- 23:57
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın F-16 qırıcıları prezident Donald Trampın olduğu Nyu-Cersi ştatının Bedminster şəhəri üzərində uçuşlara tətbiq edilən müvəqqəti məhdudiyyətləri pozan bir neçə təyyarəni ələ keçirib.
"Report"un məlumatına görə, bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.
"NORAD-ın F-16 qırıcıları bu gün Bedminster üzərində müvəqqəti uçuş məhdudiyyətlərini pozan bir neçə ümumi aviasiya təyyarəsini ələ keçirib. Bütün hava gəmiləri təhlükəsiz şəkildə ərazidən müşayiət olunaraq çıxarılıb", - deyə məlumatda qeyd olunub.
Tramp Bedminsterdə yerləşən qolf klubunun sahibidir və həftəsonlarını tez-tez orada keçirir. ABŞ prezidenti cümə günü Bedminsterə gəlib və bazar günü Vaşinqtona qayıtması gözlənilir.