Braziliya prezidentinə qarşı korrupsiya ittihamı irəli sürülüb

Digər ölkələr
  • 27 iyun, 2017
  • 01:29
Braziliya prezidentinə qarşı korrupsiya ittihamı irəli sürülüb
Courtesy İmage

Bakı. 27 iyun. REPORT.AZ/ Braziliyanın baş prokuroru Rodriqo Janot ölkə prezidenti Mişel Tenerə qarşə rəsmən korrupsiya ittihamı irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə yerli "Globo" qəzeti yazıb.

İttiham Braziliya Ali Məhkəməsinə göndərilib. Ölkə qanunvericiliyinə görə, indi Parlamentin Aşağı Palatası üçdə iki səs çoxluğu ilə prezidentin əleyhinə prosesin açılmasını təqdir etməlidir.