Bostonda terror aktı törətməkdə təqsirli bilinən Çarnayevin edam cəzası bərpa edilib

Digər ölkələr
  • 05 mart, 2022
  • 01:54
Bostonda terror aktı törətməkdə təqsirli bilinən Çarnayevin edam cəzası bərpa edilib

2013-cü ildə ABŞ-ın Boston şəhərində terror aktı törətməkdə təqsirli bilinən Coxar Çarnayevin edam cəzası bərpa edilib.

"Report" xəbər verir ki, bu barədə "The Globe and Mail" məlumat yayıb.

ABŞ Ali Məhkəməsinin dünən qəbul etdiyi qərara əsasən, çeçen əsilli Coxar Çarnayevə verilən ölüm hökmü icra ediləcək.

Altı hakim ölüm hökmünün bərpasına, üç hakim isə ləğvetmənin saxlanmasına səs verib.

Qeyd edək ki, 2020-ci ildə ABŞ-ın Bostondakı 1-ci Dairə Apellyasiya Məhkəməsi Çarnayevin barəsindəki ölüm hökmünü ləğv edib.