BMT hakimi: “Britaniya qul ticarətinə görə 24 trilyon ABŞ dolları təzminat ödəməlidir”

Digər ölkələr
  • 22 avqust, 2023
  • 22:06
BMT hakimi: “Britaniya qul ticarətinə görə 24 trilyon ABŞ dolları təzminat ödəməlidir”

“Böyük Britaniya transatlantik qul ticarətinə görə Karib hövzəsi ölkələrinə 24 trilyon ABŞ dolları məbləğində təzminat ödəməlidir”.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, bunu Beynəlxalq Ədalət Məhkəməsinin hakimi Patrik Robinson deyib.

“Onlar (Böyük Britaniya) insanın qeyri-humanistliyini simvolizə edən ən pis vəhşiliyə məhəl qoymamağa davam edə bilməzlər. Digər cinayətlərə görə təzminatlar tez və sürətlə reallaşsa da, bəşəriyyətə qarşı ən ağır cinayət - qul əməyinin transatlantik sisteminə görə ödəmələr gec həyata keçirilib.

İnanıram ki, Birləşmiş Krallıq təzminat ödənilməsi hərəkatı ilə mübarizə apara bilməyəcək. Tarix və qanun bunu tələb edir”, - P. Robinson bildirib.