​BMT Baş Assambleyasının 70-ci sessiyası öz işinə başlayıb

Digər ölkələr
  • 15 sentyabr, 2015
  • 23:22
​BMT Baş Assambleyasının 70-ci sessiyası öz işinə başlayıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci yubiley sessiyasının açılışı olub.

"Report" xəbər verir ki, sessiyanı rəsmi olaraq Assambleyanın seçilmiş sədri Moqens Lükketoft açıb.

Yaxın bir il ərzində keçiriləcək iclaslarda 150-dən çox məsələyə baxılması nəzərdə tutulub. Onların arasında qadınların vəziyyətinin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması məsələləri, mədəni dəyərlərin ilkin mənbələrinə qaytarılması, beynəlxalq sülh və təhlükəsizlik, həmçinin silahsızlaşdırmaya dəstək göstərilməsi var.