Qızılın qiyməti may ayından bəri ilk dəfə 4 600 dolları keçib

Maliyyə
  • 21 avqust, 2026
  • 07:21
Qızılın qiyməti may ayından bəri ilk dəfə 4 600 dolları keçib

COMEX birjasında dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti mayın 29-dan bəri ilk dəfə olaraq bir troya unsiya üçün 4 600 dolları ötüb.

"Report"un məlumatına görə, Bakı vaxtı ilə saat 05:35-də qızılın qiyməti 1,21% artaraq 4 600,3 dollar olub.

Lakin 10 dəqiqə sonra artım zəifləyib və fyuçersin qiyməti 0,84% yüksələrək 4 583,5 dollar təşkil edib.

Eyni zamanda, sentyabr ayı üzrə gümüş fyuçersləri 0,57% bahalaşaraq bir troya unsiyası üçün 68,49 dollara çatıb.

44 filmi