Vens: Bessentin planı ABŞ iqtisadiyyatının borcdan daha sürətlə böyüməsinə imkan verəcək
- 21 avqust, 2026
- 07:43
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ maliyyə naziri Skott Bessent ölkə iqtisadiyyatının dövlət borcundan daha sürətlə böyüməsinə imkan verəcək planı həyata keçirir.
"Report"un məlumatına görə, bunu ABŞ vitse-prezidenti Cey Di Vens Newsmax telekanalına müsahibəsində bildirib.
"Skott Bessent möhtəşəm maliyyə naziridir. Onun çox düşünülmüş planı var və ABŞ Prezidenti də bu planı tam dəstəkləyir. Məqsəd ABŞ iqtisadiyyatının dövlət borcundan daha sürətlə böyüyəcəyi bir vəziyyətə nail olmaqdır", - deyə Vens bildirib.
Vitse-prezident planın təfərrüatlarını açıqlamayıb. Bununla belə, o qeyd edib ki, ABŞ administrasiyası dövlət borcu probleminin həlli ilə hər gün məşğul olur.
Bessent də ABŞ-ın 40 trilyon dollara çatan dövlət borcunun iqtisadi artım hesabına azaldıla biləcəyini bildirib. O, eyni zamanda administrasiyanın dövlət xərclərinin optimallaşdırılması və qənaət imkanlarının araşdırılması istiqamətində çalışdığını deyib.