Xocalıya qayıdan sakin: Çox sevincli və həyəcanlı gündür

Daxili siyasət
  • 21 avqust, 2026
  • 06:22
Xocalıya qayıdan sakin: Çox sevincli və həyəcanlı gündür

Çox sevincli və həyəcanlı gündür. Allah Azərbaycan xalqına yalnız gözəl günlər nəsib etsin.

"Report" xəbər verir ki, bu sözləri Xocalı rayonunun Təzəbinə kəndinə köçən keçmiş məcburi köçkün Mehrəliyev Əli söyləyib.

O bildirib ki, illərlə köçkünlük həyatı yaşamasına baxmayaraq, qayıdışa dair inamını heç vaxt itirməyib:

"Azərbaycanın hər yeri bizim torpağımızdır. Amma doğulduğun yerə, yaşadığın yurda qayıtmağın sevinci tamam başqadır. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa versin. Prezidentimizə, Ali Baş Komandanımıza cansağlığı arzulayıram. Bütün xalqımızı təbrik edirəm. Hamıya cansağlığı arzulayıram".