Bayden ABŞ dövlət katibinin yeni köməkçisi vəzifəsinə namizəd irəli sürüb

Digər ölkələr
  • 20 may, 2023
  • 02:49
Bayden ABŞ dövlət katibinin yeni köməkçisi vəzifəsinə namizəd irəli sürüb

ABŞ Prezidenti Cozef Bayden dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə Ceyms K O Brayenin namizədliyini irəli sürüb.

“Report”un “İnterfaks”a istinadən xəbərinə görə, bu barədə Ağ Ev məlumat yayıb.

"Prezident Cozef Bayden Ceyms K. O Brayeni dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə namizəd kimi irəli sürmək niyyətində olduğunu açıqlayıb", - məlumatda deyilir.

OBrayen 2022-ci ildən indiyədək Dövlət Departamentinin Sanksiyalar Siyasəti Koordinasiya İdarəsinin rəhbəri vəzifəsində çalışıb.

Mart ayında Karen Donfrid Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Departamenti rəhbərinin köməkçisi vəzifəsini tərk edib.