Banqladeşdə iki qatar toqquşub, azı 15 nəfər ölüb

Digər ölkələr
  • 23 oktyabr, 2023
  • 13:46
Banqladeşdə iki qatar toqquşub, azı 15 nəfər ölüb

Banqladeşdə yük və sərnişin qatarlarının toqquşması nəticəsində azı 15 nəfər ölüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Banqladeşin Yanğınsöndürmə Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkənin şərqindəki Bhayrab şəhəri yaxınlığında yük qatarı əks istiqamətdə hərəkət edən sərnişin qatarı ilə toqquşub.

Hadisə nəticəsində 100-dən çox insan yaralanıb.