Avropa İttifaqı Trampın Qəzza ilə bağlı sülh planını alqışlayır
Digər ölkələr
- 30 sentyabr, 2025
- 11:32
Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında vəziyyətin nizamlanması üzrə sülh planını alqışlayır.
"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen deyib.
"ABŞ Prezidentinin Qəzza zolağında müharibəyə son qoymaq öhdəliyini alqışlayırıq. Bütün tərəfləri bu fürsətdən istifadə etməyə çağırırıq. Aİ öz töhfəsini verməyə hazırdır", - o, "X" hesabında yazıb.
AK sədrinin sözlərinə görə, döyüş əməliyyatları Qəzza əhalisinə humanitar yardımın çatdırılması və bütün girovların azad edilməsi ilə paralel şəkildə dayandırılmalıdır.
Fon der Lyayen qeyd edib ki, iki dövlətin yaradılması haqqında qərar Yaxın Şərqdə ədalətli və uzunmüddətli sülhə aparan yeganə yol olaraq qalır.
Son xəbərlər
12:37
Bosniya və Herseqovina minatəmizləmə sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir
Digər12:29
Vüqar Süleymanov: Minatəmizləmədə ən qabaqcıl texnologiyadan istifadə olunur
Daxili siyasət12:28
Polina Rəhimova: "Millidə məşqçi kimi işləməyə hazıram"
Komanda12:27
Yasamalda 57 yaşlı kişi skuterden yıxılaraq ölüb
Hadisə12:25
Erfan Ali: Qarabağ bərpa olunan enerji sahəsinə investisiya qoyuluşu üçün böyük potensiala malikdir
Energetika12:25
Bakıda ustanı elektrik cərəyanı vurub
Hadisə12:22
Qəbələdə 29 yaşlı qadın hovuzda boğularaq ölüb
Hadisə12:22
Nazirlik: Azərbaycanda 7 mindən çox şəxs Peşəkar Mühasib Sertifikatı alıb
Maliyyə12:17
Foto