ATƏT-in baş katibi: "İlin əvvəlindən Donbasda 140 dinc sakin ölüb"
Digər ölkələr
- 25 aprel, 2017
- 17:58
Bakı. 25 aprel. REPORT.AZ/ 2017-ci ilin əvvəlindən Donbasdakı münaqişə zonasında 140 dinc sakin həyatını itirib.
"Report" xəbər verir ki, bunu ATƏT-in baş katibi Lamberto Zanyer "Valday" beynəlxalq diskussiya klubunun meydançasında çıxışı zamanı bildirib.
"Biz Donbasda dinc sakinlərin həyat şəraiti və təhlükəsizliyindən çox narahatıq. Cari ilin əvvəlindən münaqişə zonasında 140 mülki şəxs ölüb", - deyə o bildirib.
Baş katibin sözlərinə görə, müşahidəçilər təkcə son bir həftə ərzində təxminən dörd min atəşkəs rejiminin pozulmasını qeydə alıblar.
"Biz vəziyyətin pisləşdiyini və münaqişənin get-gedə daha çox siyasiləşdirildiyini müşahidə edirik", - deyə Zanyer qeyd edib.
Son xəbərlər
12:36
Azərbaycanın çimərlik voleybolçuları Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər
Komanda12:36
ASA-nın icraçı direktorunun adından saxta "Telegram" kanalı yaradılıb
Maliyyə12:36
Rusiya Poltavaya dronlarla zərbə endirib, Opişnya icmasındakı bütün YDM-lər məhv edilib
Digər ölkələr12:35
Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşağın vəziyyəti ağırdır - YENİLƏNİB
Hadisə12:32
Sabah yağış yağacaq, güclü külək əsəcək
Ekologiya12:26
Füzulidə avtoqəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Hadisə12:12
Sabah Astarada qaz olmayacaq
Energetika12:05
Azərbaycan və İndoneziya iqtisadi forum keçirməyi müzakirə edib
Biznes11:57