Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşağın vəziyyəti ağırdır - YENİLƏNİB

Hadisə
  • 10 avqust, 2026
  • 12:35
Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşağın vəziyyəti ağırdır - YENİLƏNİB

Sumqayıt şəhərində eyvandan yıxılan 10 yaşlı uşağın vəziyyəti ağırdır.

Bu barədə "Report"un yerli bürosunun sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, avqustun 9-da saat 12:30 radələrində Mərkəzin Uşaq Xəstəxanasına 2016-cı il təvəllüdlü oğlan hospitalizasiya olunub.

Döş qəfəsinin sınığı diaqnozu təyin edilən pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib. Müalicəsi davam etdirilən şəxsin vəziyyəti ağır qiymətləndirilir.

Sumqayıtda eyvandan yıxılan 10 yaşlı uşaq sağ qalıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən doqquzmərtəbəli yaşayış binalarından birində baş verib.

2016-cı il təvəllüdlü Tunar Mahmud oğlu Yəhyayev ehtiyatsızlıq nəticəsində yaşadığı mənzilin 5-ci mərtəbəsinin eyvanından yıxılıb.

Uşaq aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.