"AirAsia" aviaşirkətinin qəzaya uğramış təyyarəsinin 4 iri hissəsi tapılıb
Digər ölkələr
- 03 yanvar, 2015
- 15:32
Bakı. 3 yanvar. REPORT.AZ/ Xilasedicilər "AirAsia" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğradığı ərazidə 4 iri hissə aşkar ediblər.
"Report" xəbər verir ki, bu barədə İndoneziyanın Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Bambanq Soelistiyə istinadən İTAR TASS məlumat yayıb.
Tapılan təyyarə hissəsinin ən böyüyünün uzunluğu 18, eni isə 5,4 metrdir. Onlar dənizin təqribən 30 metr dərinliyində aşkar edilib.
"Qara qutu"nu tapmaq hələ ki, mümkün olmayıb. Hazırda pis hava şəraiti xilasedicilərin işini çətinləşdirir.
"AirAsia"ya məxsus sərnişin təyyarəsi Surabay (İndoneziya) - Sinqapur reysi ilə hərəkət edib və dekabrın 28-i səhər saatlarında radarlardan itib. Dekabrın 30-da Borneo adasının sahillərində hava gəmisinin ilk qalıqları tapılıb.
Son xəbərlər
10:56
"Formula 1" üzrə Azərbaycan Qran-prisi könüllüləri üçün təlim keçirilib
Formula 110:51
Bakıda Belçika müstəmləkəçiliyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Digər ölkələr10:49
Foto
Azərbaycan Çinlə enerji sahəsində təcrübə mübadiləsini genişləndirir
Energetika10:44
"Formula 1" könüllüsü: "İnanıram ki, Azərbaycan Qran-prisi bu il də uğurla keçəcək"
Formula 110:42
Cənubi Koreya KXDR-in nüvə arsenalını 80-120 döyüş başlığı həcmində qiymətləndirir
Digər ölkələr10:41
Foto
Azərbaycanlı jurnalistlər Səmərqənddə İmam Buxarinin məqbərəsini ziyarət ediblər
Media10:39
Foto
Naxçıvanda taksi ilə sərnişin daşımaq üçün 241 nəfər "Buraxılış kartı" alıb
İnfrastruktur10:38
Foto
FHN meşələrdə yanğın təhlükəsizliyinə dair praktiki təlim keçirib
Hadisə10:38
Foto