Aİ İtaliya, Sloveniya, Avstriya, Yunanıstan və Fransa üçün 1 milyard avro vəsait ayıra bilər
- 27 avqust, 2024
- 10:31
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya, Sloveniya, Avstriya, Yunanıstan və Fransa üçün Avropa İttifaqı Həmrəylik Fondundan 1 milyard avrodan çox vəsait təklif olunub.
"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen "X"də yazıb.
"Bu gün biz İtaliya, Sloveniya, Avstriya, Yunanıstan və Fransa üçün Aİ Həmrəylik Fondundan 1 milyard avrodan çox vəsait təklif edirik. Burada məqsəd 2023-cü ilin dağıdıcı sel fəlakətindən qurtulmaları və gələcəklərini qurmaları üçün dəstək göstərməkdir. Bu, fəaliyyətdə olan Aİ həmrəyliyidir", - o qeyd edib.
Today, we're proposing over €1 billion from the EU Solidarity Fund for Italy, Slovenia, Austria, Greece and France.
— Ursula von der Leyen (@vonderleyen) August 27, 2024
To support them, as they recover from the devastating floods of 2023 and build their future.
This is #EUSolidarity in action. pic.twitter.com/dYSJY4UMPs