Aİ daşqından zərər çəkmiş ölkələrə 10 milyard avro ayıracaq
Digər ölkələr
- 19 sentyabr, 2024
- 19:47
Avropa İttifaqı daşqınlardan zərər çəkmiş Mərkəzi Avropa ölkələrində infrastrukturun bərpası üçün 10 milyard avro ayıracaq.
"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
"Birlik Fondundan mümkün qədər tez bir zamanda daşqınlardan zərər çəkmiş ölkələr üçün 10 milyard avro istifadə oluna biləcəyini müzakirə etdik", - AK rəhbəri bildirib.
“Boris” siklonu son günlər Avropaya çatıb və özü ilə birlikdə böyük miqdarda yağış da gətirib. Alp dağlarında yağan yağışlar səbəbindən bir sıra çaylarda, o cümlədən Dunayda suyun səviyyəsi qalxıb. Daşqınların nəticələrini Avstriya, Macarıstan, Polşa, Rumıniya və Slovakiya sakinləri hiss ediblər.
AFP-nin son məlumatına görə, təbii fəlakət nəticəsində 22 nəfər ölüb.
Son xəbərlər
10:00
Yanvar-may aylarında Azərbaycanda 1 184 əkiz, 48 üçəm doğulub
Daxili siyasət10:00
İlin ilk beş ayında Azərbaycanda nikah və boşanmaların sayı azalıb
Daxili siyasət09:59
Azərbaycan əhalisinin sayı 0,1 % artıb
Daxili siyasət09:53
Filippin səfiri Çinin Xarici İşlər Nazirliyinə çağırılıb
Digər ölkələr09:50
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk
Xarici siyasət09:46
Dünya çempionatında gözləntiləri doğrultmayan futbolçulardan ibarət rəmzi komanda müəyyənləşib
Futbol09:38
İlham Əliyev Endi Börnhemi Britaniyanın Baş naziri vəzifəsinə təyinatı münasibətilə təbrik edib
Xarici siyasət09:32
Magistraturaya ixtisas seçimi başlayıb
Elm və təhsil09:32