ABŞ Yaponiyaya yeni nəsil hərbi təyyarələr yerləşdirməyə başlayıb

Digər ölkələr
  • 31 may, 2018
  • 01:59
ABŞ Yaponiyaya yeni nəsil hərbi təyyarələr yerləşdirməyə başlayıb

Bakı. 31 may. REPORT.AZ/ ABŞ Silahlı Qüvvələri Yaponiyanın Okinava adasına 14 ədəd beşinci nəsil çoxməqsədli "F-22 Raptor" tipli yeni döyüş təyyarələri yerləşdirməyə başlayıb. Qırıcılar orada təqribən bir ay qalacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı hökumətdəki mənbələrə istinadən "Kyodo" agentliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın Okinavadakı Kadena bazasına əlavə qırıcılar yerləşdirməsi Amerika prezidenti Donald Tramp və KXDR lideri Kim Çen Inın təqribən iyunun 12-də Sinqapurda keçirilməli olan görüşü ilə bağlıdır.