ABŞ və digər NATO ölkələri Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən çıxır

Digər ölkələr
  • 07 noyabr, 2023
  • 11:30
ABŞ və digər NATO ölkələri Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən çıxır

NATO ölkələri "Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilədə iştirakını qeyri-müəyyən müddətə dayandırmaq niyyətində olduqlarını bəyan ediblər.

“Report” xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Qərarın konkret olaraq nə vaxt qəbul olunacağı açıqlanmayıb.

ABŞ Dövlət Departamentindən isə bildirilib ki, rəsmi Vaşinqton dekabrın 7-dən etibarən Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə iştirakını dayandıracaq.

Almaniya Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirib. Qeyd olunub ki, Berlin bu müqavilədə iştirakını dayandırmasına baxmayaraq, orada nəzərdə tutulan silah kvotalarına əməl edəcək.

Qeyd edək ki, "Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanıb. 1992-ci il noyabrın 9-da isə qüvvəyə minib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu il mayın 29-da "Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqaviləni denonsasiya edən qanunu imzalayıb. Bununla da rəsmi Moskva sözügedən sənəddən çıxıb.

44 - Tezliklə