​ABŞ kəşfiyyatının agenti Rusiyaya casusluqda ittiham edilir

Digər ölkələr
  • 09 iyul, 2016
  • 02:32
​ABŞ kəşfiyyatının agenti Rusiyaya casusluqda ittiham edilir

Bakı. 9 iyul. REPORT.AZ/ ABŞ Federal Təhqiqat Bürosunun (FTB) agenti ölkəsinin dövlət sirlərini, o cümlədən hərbi peyklərin texniki xüsusiyyətlərini Rusiyaya satmaqda ittiham olunur.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

İnfromasiyaya görə, 49 yaşlı mühəndis Qreqori Allane Castis FTB-nin agenti olaraq 2000-ci ildən ABŞ Müdafiə Nazirliyində peyklərin quraşdırılması ilə məşğul olub. O, müstəntiqlərə etiraf edib ki, onu bu yola vadar edən guya həyat yoldaşının ciddi xəstəliyidir.

"Castis öz tamahını ABŞ-ın texnologiyalar haqda gizli informasiyalarını xarici dövlətin casusuna satmaqda milli təhlükəsizlik maraqlarından üstün tutub", - deyə, ABŞ baş prokurorunun milli təhlükəsizlik məsələləri üzrə müavini Con Karlin bildirib.

Məlumatda bildirilib ki, günahını etiraf edəcəyi halda Castis 20 il azadlıqdan məhrum olunacaq. Məhkəmə dinləməsinin tarixi hələlik təyin edilməyib.